Ru
17:49 / 16 Oktyabr 2025

Rus əsirlər Ukraynada kef edirlər

Rus əsirlər Ukraynada kef edirlər
Eye

Ukrayna əsir düşən rus işğalçıları beynəlxalq konvensiyalara uyğun saxlanılır: onlar mağazada pul olduqda alış-veriş edə bilirlər.

Bakupost.az xəbər verir ki, bu barədə “RBC-Ukrayna” portalının reportajında deyilir.

Düşərgədə yaşayış blokları ilə yanaşı xəstəxana, mağaza və kilsə də yerləşir.

“Bu yunan-katolik kilsəsidir, amma burada ruslar da ibadət edə bilərlər – mərasimlər oxşardır”, – deyə əsirlərlə məşğul olan Koordinasiya Ştabının nümayəndəsi Petr Yatçenko bildirib.

Əsirlər düşərgəyə daxil olduqdan sonra müayinə olunur, iş geyimi və gigiyena əşyaları verilir. Şəxsi əşyaları alınır və mübadilə zamanı geri qaytarılır.

Rus hərbçiləri tərəvəzləri özləri yetişdirir və sonra həmin tərəvəzlərlə yeməklər hazırlayırlar. Reportaj günü nahar üçün rus əsirlərinə borş, buğda, ət yeməyi və salat verilib.

Əsirlər işə görə ayda təxminən 300 qrivna qazanırlar (1949-cu il Cenevrə Konvensiyasının 62-ci maddəsinə əsasən, tam iş günü üçün əsir ən azı 1/4 İsveçrə frankı – bugünkü kursla təxminən 13 qrivna almalıdır).

Qazandıqları pulu əsirlər düşərgə mağazasında xərcləyə bilirlər.

Həmçinin, ailələrindən pul köçürmələri almaq hüququ da var.

Əsirlər mağazada olmayan məhsulları da sifariş edə bilirlər.

“Qırmızı Xaç daim gəlir və əsirlər istədiklərini sifariş edə bilirlər. Növbəti dəfə onlara gətirilir. Əsas ət, konserv, şirniyyat və peçenye sifariş edirlər”, – deyə düşərgə işçiləri bildirir.

Tibbi xidmətlər yaxşı təchiz olunmuş sanitariya hissəsində göstərilir. Qırmızı Xaç yüksək qiymətli avadanlıq, o cümlədən rentgen və USİ cihazları gətirib.
Əsirlər kitablardan istifadə edə bilirlər. Jurnalistlər çoxlu Bibliya, tarixi və özünüinkişaf kitabları görüb.

Kitabların əksəriyyəti rus dilindədir, amma ukrayna dilində nəşrlər də mövcuddur.
Jurnalistlər hesab edir ki, bu kitabları işğal edilmiş bölgələrdən olan rusiyapərəstlər oxuyur. Lakin düşərgə işçilərinin sözlərinə görə, rus əsirlər də yavaş-yavaş ukrayna dilini öyrənirlər.

“Bir müddət sonra onlarnəinki başa düşür, hətta danışa da bilirlər”, – RBC-Ukrayna yazır.

Rus işğalçıları Ukraynada əsirlikdə demək olar ki, bir-biri ilə danışmırlar, çünki hər hansı ehtiyatsız söz üçün “yoldaş”ı dərhal onları ələ verə bilər bilər.

Xüsusilə, jurnalistlərlə söhbətlərinin məzmununu bir-birindən gizlədirlər.

Onlar yanaşı, Rusiyanın ordusuna qoşulmuş digər ölkələrin vətəndaşları, o cümlədən Afrika və Asiya ölkələrinin nümayəndələri də müntəzəm olaraq Ukrayna əsirliyinə düşür.

Ayxan,
BakuPost

Rus əsirlər Ukraynada kef edirlər
Rus əsirlər Ukraynada kef edirlər
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar