Ru
22:16 / 07 Oktyabr 2026

Rusiya ilə bu müqaviləni ləğv edə bilərik - Paşinyan

Rusiya ilə bu müqaviləni ləğv edə bilərik - Paşinyan
Eye

“Ermənistan Rusiya ilə dəmir yolunun idarə olunmasına dair müqaviləni ləğv etmək hüququna malikdir, lakin hələlik bu yolla getmək istəmir”.

“Bakupost” “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan müsahibəsində bildirib.

Baş nazir hökumətin konsessiya müqaviləsini ləğv etmək üçün hüquqi əsaslara sahib olduğunu vurğulayıb:

“Hökumətin konsessiya müqaviləsini ləğv etmək üçün alətləri, hətta əsaslandırılması var. Vaxtı gələndə bu haqda deyəcəyik. Bu gün müqaviləni ləğv etmək üçün siyasi qərar qəbul etsək, bunun üçün hüquqi əsaslar mövcuddur. Beynəlxalq münasibətlərdə ultimatum dili yaxşı şey deyil. Müqaviləni pozmaqda hüquqi problem yoxdur, problem siyasi qərardadır. Biz bu yolla deyil, dostluq yolu ilə getmək istəyirik”.

Xatırladaq ki, söhbət 2008-ci ildə Rusiya Dəmir Yollarının törəmə şirkəti olan “Cənubi Qafqaz Dəmir Yolu” ilə 2038-ci ilə qədər bağlanmış 30 illik konsessiya idarəçiliyindən gedir. Paşinyan daha əvvəl bu idarəetməni həm İrəvan, həm də Moskva üçün məqbul olan üçüncü bir ölkəyə – Qazaxıstan, BƏƏ və ya Qətərə təhvil verməyi təklif etmişdi. Ermənistan rəhbərliyi hesab edir ki, Rusiya idarəçiliyi sanksiya riskləri yaratdığı üçün beynəlxalq yükdaşıyanlar və investorlar Ermənistan dəmir yolundan istifadə etməkdən çəkinirlər.

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar