Ru
13:30 / 15 Yanvar 2026

Rusiya İranın müdafiəsinə qalxdı – “Ən böyük səhv olar”

Rusiya İranın müdafiəsinə qalxdı – “Ən böyük səhv olar”
Eye

Rusiya ABŞ-ın İrana hərbi müdaxiləsinin region və dünya üçün “ən böyük səhv” olacağını açıqlayıb. Bu barədə Rusiya rəsmiləri xəbərdarlıq edib və tərəflərə vəziyyəti daha da gərginləşdirməmək üçün sülh yolunu seçməyi tövsiyə ediblər.

Bakupost.az TASS-a istinadən xəbər verir ki, Rusiya Dövlət Dumasının Beynəlxalq İşlər Komitəsinin sədri Leonid Slutsky bildirib ki, Vaşinqtonun Tehrana qarşı hərbi əməliyyat planları yalnız regional deyil, qlobal səviyyədə mənfi nəticələr doğuracaq. Onun sözlərinə görə, belə bir addım həm İranla münasibətləri, həm də enerji bazarlarında sabitliyi pozacaq.

“Reuters” isə xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi amerikalı rəsmilərin Tehran üzərində hərbi təzyiqlərini “qəbuledilməz” adlandıraraq, beynəlxalq qanunlara riayət edilməsini və qarşıdurmanın qarşısının alınmasını tələb edib.

Hazırda İran daxilində genişmiqyaslı etirazlar davam edir və bu, ABŞ ilə rəsmi Tehran arasında gərginliyi artırıb. Rusiya isə vəziyyətin eskalasiyaya yol vermədən diplomatik yollarla həll edilməsini önə çəkir və regionda balansın qorunmasının vacibliyini vurğulayır.

Xatırladaq ki, bu xəbərdarlıq ötən ilin sonunda ABŞ-ın Venezuela üzərindəki mümkün hərbi əməliyyatları zamanı verilmiş siqnalları xatırladır. Həmin vaxt Rusiya Venesuelanı tək buraxmış, Moskvanın satdığı hava hücumundan müdafiə sistemləri (S-300 zenit-raket kompleksi) isə işə düşməmişdi.

Maraqlıdır ki, Moskva Karakasa satdığı eyni tipli silahları Tehrana da verib. Hücum baş verərsə, həmin silahların işə düşəcəyinə heç kim zəmanət verə bilmir, Çünki Karakasdakı sistemlərin passiv qalması müşahidə olunmuşdu.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar