Rusiya Müdafiə Nazirliyi Moskva Hərbi Dairəsinin mətbuat zabiti, mayor Dmitri Şutovun vəfat etdiyini bildirib.
Bakupost.az Teleqraf-
a istinadla xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı nekroloqda qeyd olunub.
Məlumata görə, mayor Dmitri Şutov son günlər Kupyansk istiqamətində xidməti vəzifələrini yerinə yetirərkən həyatını itirib.
“Nazirliyin İnformasiya və Kütləvi Kommunikasiyalar Departamenti dərin hüznlə mayor Dmitri Andreyeviç Şutovun vəfat etdiyini bildirir. O, son günlərini Kupyansk istiqamətində döyüş tapşırıqlarını icra edərkən keçirib”, – deyə məlumatda vurğulanıb.
Qeyd edək ki, Dmitri Şutov xüsusi hərbi əməliyyatda ilk günlərdən iştirak edib. O, “Qərb” qoşun qruplaşmasının mətbuat mərkəzində media nümayəndələrinin işinin təşkili ilə məşğul olub. 2024-cü ildə Moskva Hərbi Dairəsinin mətbuat xidməti zabiti vəzifəsinə təyin edilib.
Mayor Dmitri Şutovun 31 yaşı olub. İki oğlu var idi. Məlumata görə, o, ölümündən sonra “İgidliyə görə” II dərəcəli medalla təltif edilib.