Ru
12:45 / 13 May 2026

Rusiya “Sarmat”ı yoxladı, Putin “dünyanın ən güclüsüdür” dedi

Rusiya “Sarmat”ı yoxladı, Putin “dünyanın ən güclüsüdür” dedi
Eye

Rusiya prezidenti Vladimir Putin Strateji Raket Qüvvələrinin komandanı Sergey Karakayev ilə onlayn görüş keçirib.

Bakupost.az yerli mediaya istinadən xəbər verir ki, görüş zamanı Karakayev “Sarmat” qitələrarası ballistik raketinin sınaq buraxılışının uğurla başa çatdığını bildirib.

Putin raket sınağını yüksək qiymətləndirərək “Sarmat”ı “dünyanın ən güclü raket sistemi” adlandırıb. Onun sözlərinə görə, raketin döyüş başlığı Qərb raketlərindən dörd dəfə güclüdür.

Rusiya lideri bildirib ki, “Sarmat” yalnız ballistik deyil, həm də suborbital kosmik uçuş imkanına malikdir. Putin raketin 35 min kilometrdən artıq uçuş məsafəsinə sahib olduğunu, yüksək dəqiqliklə hədəfləri vurduğunu və mövcud, eləcə də gələcək raketdən müdafiə sistemlərini aşa bildiyini deyib.

Putin əlavə edib ki, “Sarmat” raket sistemi ilin sonuna qədər döyüş növbətçiliyinə başlayacaq və Rusiyanın strateji nüvə qüvvələrinin imkanlarını gücləndirəcək.

Rusiya prezidenti həmçinin hipersəsli orta mənzilli “Oreşnik” ballistik raketinə də toxunub. O bildirib ki, bu raketin 2025-ci ildə ordunun arsenalına daxil edilməsi planlaşdırılır və onun nüvə başlıqları daşımaq qabiliyyəti var.

Rusiya Müdafiə Nazirliyi “Sarmat” raketinin sınaq buraxılışına aid görüntüləri də yayımlayıb.

Əsmər Şahməmmədova, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar