Ru
09:31 / 03 Fevral 2026

Rusiya-Ukrayna müharibəsində iştirak edən daha 4 nəfər həbs edildi – DTX məlumat yaydı

Rusiya-Ukrayna müharibəsində iştirak edən daha 4 nəfər həbs edildi – DTX məlumat yaydı
Eye

Rusiya və Ukrayna arasında davam edən hərbi əməliyyatlarda iştirak etmiş Azərbaycan Respublikasının vətəndaşları cinayət məsuliyyətinə cəlb olunublar.


Bakupost.az xəbər verir ki, Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin tərkibində ölkə hüdudlarından kənarda döyüş əməliyyatlarında iştirak edən Azərbaycan vətəndaşlarının müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Əldə olunan məlumatlara əsasən, indiyədək Rusiya–Ukrayna müharibəsində xeyli sayda Azərbaycan vətəndaşı iştirak edib. Onlardan bəziləri həlak olub, itkin düşüb, yaralanıb, bir qisminin isə əsir götürüldüyü müəyyən edilib.

Aparılan araşdırmalar nəticəsində Azərbaycan Respublikasının vətəndaşları — 1991-ci il təvəllüdlü Nəbiyev Real Eldəniz oğlu, 1993-cü il təvəllüdlü Hüseynov Faris Famil oğlu, 1994-cü il təvəllüdlü Məmmədov Ali Elnur oğlu və Mirhəşimli Murov Həsən oğlunun Rusiya və Ukrayna silahlı birləşmələrinin nəzarətində döyüş əməliyyatlarında iştirak etmələri sübuta yetirilib.

Qeyd olunan şəxslər 2026-cı ilin yanvar ayında saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Dövlət Təhlükəsizliyi Xidməti bir daha vətəndaşların diqqətinə çatdırır ki, xarici ölkələrin ərazisində qanunsuz silahlı münaqişələrdə iştirak etmək Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən cinayət məsuliyyəti yaradır və bu cür hallara yol verən şəxslər barəsində qanunauyğun tədbirlər bundan sonra da görüləcək.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar