Ru
12:45 / 25 May 2026

Rusiya-Ukrayna müharibəsinin ən ağır bombardımanı: Çox sayda ölən və yaralananlar var

Rusiya-Ukrayna müharibəsinin ən ağır bombardımanı: Çox sayda ölən və yaralananlar var
Eye

Ötən gün Rusiya Ukraynanın paytaxtı Kiyevi və ətraf əraziləri yüzlərlə dron və raketlə atəşə tutub. Bu, dörd illik müharibənin başlanğıcından bəri şəhərin məruz qaldığı ən ağır bombardmanlardan biridir.

Bakupost.az xəbər verir ki, hücum zamanı paytaxt yaxınlığına "Oreşnik" hipersəs raketi də atılıb.

Ukrayna rəsmilərinin bildirdiyinə görə, Rusiyanın bir neçə saat davam edən gecə hücumu nəticəsində Kiyevdə iki, ətraf ərazilərdə isə daha iki nəfər həlak olub, 100-ə yaxın insan yaralanıb. Hakimiyyət orqanları onlarla yaşayış binasının və bir neçə məktəbin zərər gördüyünü, onlardan bir çoxunun Kiyevin mərkəzində yerləşdiyini bildirib.

Prezident Volodimir Zelenski "Telegram" tətbiqində verdiyi açıqlamada:

"Bunun Rusiya üçün nəticəsiz qalmaması vacibdir," - deyərək Ukraynanın müttəfiqlərini hərəkətə keçməyə çağırıb. "Qərarlar lazımdır – ABŞ-dən, Avropadan və digərlərindən”.

Rəsmilər həmçinin Ukraynanın digər bölgələrinə də zərbələr endirildiyini və cənubdakı Xerson vilayətində iki nəfərin öldüyünü bildiriblər.

Avropa liderləri Kiyevə edilən hücumu pisləyib. Böyük Britaniya və Almaniya nüvə başlığı daşımaq qabiliyyətinə malik orta mənzilli "Oreşnik" raketinin istifadəsini "eskalasiya" (gərginliyin artması) kimi qiymətləndirib.

Avropa İttifaqının ali diplomatı Kaya Kallas Moskvanı "siyasi qorxutma taktikasına və məsuliyyətsiz nüvə hədə-qorxusuna" əl atmaqda ittiham edib.

Gülsüm Baxşəliyeva, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar