Ru
22:23 / 24 Fevral 2026

Rusiya Ukraynada Qarabağ üçün cızdığı planı işə saldı - Politoloq

Rusiya Ukraynada Qarabağ üçün cızdığı planı işə saldı - Politoloq
Eye

12 il əvvəl Donetskdə yerli icra stukturu binasının separatçılarla Rusiya xüsusi təyinatlılar tərəfindən birgə zəbt edildiyini müşahidə etdikdə, ukraynalı dostuma şəhərin əldən getdiyini anlatmağa çalışmışdım. O isə məsələnin danışıqlar yoluyla həllinə ümidli idi. Azərbaycanı misal çəkdim. Dostuma söylədim ki, Qarabağda da vaxtilə separatizm belə başlamışdı, silahlandılar, binaları ələ keçirdilər və Rusiyadan aldıqları dəstək sayəsində ərazilərimizi işğal etdilər.


Bakupost.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu qeyd edib.


O bildirib ki, Ukraynada oxşar proseslərin getdiyini müşahidə etsə də, ukraynalıların bir qismi hələ buna əhəmiyyət vermirdi:


"Həmin dövrdə Ukrayna Prezidenti ölkədən qaçmış, Kiyevdə hakimiyyət bölgüsü gedir, görüşdüyüm ukraynalı ekspertlər isə Kremlin Krımdan sonra Donbasın da işğalına hazırlaşdığına inanmaq istəmirdilər. Donetskdə ikən separatçıların postuna yaxınlaşan Ukraynanın 5 hərbçisinin qətlə yetirildiyini öyrəndim. Bu, başlanğıc idi. Rusiyanın Ukraynaya qarşı müharibənin rəsmən başlanmasına hələ 8 il qalsa da, düyməyə basılmışdı. Kiyevə qayıtdıqda Maydanda kiçik qrupların mitinqi hələ davam edirdi, çadırlar da sökülməmişdi. Halbuki, ölkədə baş qaldıran separatizmin rüşeymini məhv etməyə ehtiyac var idi. Biz məsələmizi 30 ildən sonra birdəfəlik həll etdik. Ukrayna da eyni yoldadır, 3 günə Kiyevi işğal edəcəyini düşünən Kreml sahibi müharibədə ilişib qalıb".


Asena,

BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar