Rusiya Müdafiə Nazirliyi Ukrayna ordusunun istifadə etdiyi Odessa və İzmail limanlarına zərbələr endirildiyini açıqlayıb.
“Bakupost” xəbər verir ki, nazirliyin məlumatına görə, Odessa limanında patrul katerləri və yanacaq anbarları, İzmail limanında isə hərbi yük daşıyan gəmilərin boşaldılması üçün istifadə olunan terminal, Qərb silahlarının saxlandığı anbarlar və pilotsuz dəniz aparatlarının depoları hədəfə alınıb.
Açıqlamada hücumların pilotsuz uçuş aparatları ilə həyata keçirildiyi bildirilib.
Rusiya Müdafiə Nazirliyi həmçinin Ukraynanın Odessa şəhərində “Novaya Poçta” logistika mərkəzinin və Dnepropetrovsk vilayətində pilotsuz uçuş aparatları anbarının da vurulduğunu qeyd edib.
Vüsalə Hüseynova,
BakuPost