Ru
10:37 / 14 Avqust 2026

Arxasında nazir imzası dayanan məşhur MAHNILAR - SİYAHI

Arxasında nazir imzası dayanan məşhur MAHNILAR - SİYAHI
Eye

"Səndən nigaranam", "Xatirədir", "Nə yaxşı, sən varsan"... Bu mahnıları yəqin ki, siz də eşitmisiniz. Bəs onların musiqisinin müəllifinin Kəmaləddin Heydərov olduğunu bilirdiniz?

"Bakupost" Oxu24.com-a istinadla xəbər verir ki,Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov musiqi yaradıcılığı ilə də məşğuldur. O, bəstələrini "Kamal" təxəllüsü ilə təqdim edir və illərdir Azərbaycan estradasında sevilən bir sıra mahnıların musiqisinin müəllifidir.

Onun bəstələdiyi mahnılar arasında "Səndən nigaranam", "Sən elə bir zirvəsən", "Nə yaxşı, sən varsan", "Xatirədir", "Əlacım", "İlahi", "Sənə güvəndiyim dağlar", "Bağışlaram səni", "Mənim 17 yaşım...", "Sevəcəyəm", "Gecdi daha", "Gəlsən də, gəlməsən də...", "Ayrılığa dözərəm mən" və digər məşhur əsərlər yer alır.

Bu mahnılar Flora Kərimova, Alim Qasımov, İlhamə Quliyeva, Aygün Kazımova, Ağadadaş Ağayev, Zülfiyyə Xanbabayeva, İlqar Muradov, Aygün Bəylər, Röya Ayxan və digər tanınmış ifaçılar tərəfindən səsləndirilib.

Maraqlıdır ki, "Kamal"ın bəstələdiyi mahnıların sözlərinin müəllifi şair Baba Vəziroğludur. Şairin sözlərinə görə, Kəmaləddin Heydərovla yaradıcılıq əməkdaşlığı 40 ildən artıqdır davam edir. O bildirib ki, əksər hallarda bəstənin hansı ifaçı tərəfindən səsləndiriləcəyini də Kəmaləddin Heydərov özü müəyyənləşdirir və bu seçim sonradan özünü doğruldur.

2009-cu ildə "Kamal" imzası ilə bəstələnmiş əsərlərdən ibarət "Sənə güvəndiyim dağlar" adlı dörd diskdən ibarət musiqi albomu işıq üzü görüb.

Kəmaləddin Heydərov müsahibələrinin birində bildirib ki, musiqi onun hobbisidir. O, uzun illər mahnılarının müəllifi kimi öz adının deyil, məhz "Kamal" təxəllüsünün göstərilməsini istəyib.



Şərhlər
  • Məhəbbət

    Mən şəxsən inanmıram ki bu musiqilər nazirə aiddir. Müəllif kimdirsə başqadır. Çünki musiqi təhsili olmayan bir adam bu musiqiləri yaza bilməz

  • Quliyeva Kamale

    Deyirem dogurdanda kamaleddinin ureyi böyük imiş.men bir insan kimi onu cox isteyirem.vallah yaltaqlıq deye demirem.semimi deyirem var olsun kamaleddin heydərov.

  • Ələddin

    Çox xoşdur dinləmək. Davamı olsun arzulayıram.

  • Mirzə Yusif

    Hörmətli nazirimiz Kəmaləddin Heydərovun-- bəstəkar KAMALın musiqiyə, tear və kino sənətinə vurğunluğu, habelə mahir ifaçılıq (fortepianoda) qabiliyyətinin ilk canlı şahidlərindən, daha doğrusu, heyranlarından biriyəm. O vaxtlar bunun, sadəcə, ötəri bir həvəs, cavanlıq hobbisi olduğunu düşünürdüm. Sən demə... Olduqca maraqlı və təqdirəlayiq haldır: Kəmaləddin müəllim yüksək dövlət vəzifələrində necə böyük məsuliyyət və peşəkarlıqla çalışdığı kimi, musiqi sahəsində də öz sözünü deyə, öz imzasınıqoya bilib. Onun bəstələdiyi mahnılar adi estrada nümunəsi yox, əsl şedevrdir, ölməz musiqi əsərləridir! Milyonlarla pərəstişkarı kimi, mən də dəyərli bəstəkarımızın bundan sonra da bu sıradan daha neçə-neçə sənət inciləri yaradacağına inanır, bu yolda məşhur tandemə (Kamal-Baba Vəziroğlu) uğurlar diləyirəm!!!

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar