Ru
18:29 / 21 Mart 2026

Rusiyada neft emalı zavodu vuruldu

Rusiyada neft emalı zavodu vuruldu
Eye

Ukrayna Müdafiə Qüvvələri martın 21-nə keçən gecə Rusiyanın Saratov vilayətindəki neft emalı zavodunun (NEZ) obyektlərinə hücum edib.

Bakupost.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı teleqram kanalında məlumat yayıb.

İlkin məlumata görə, zərbə nəticəsində neftin təkrar emalı qurğusu və rezervuar zədələnib.

Bildirilib ki, dəyən zərərin miqyası dəqiqləşdirilir.

Baş Qərargahdan qeyd edilib ki, Saratov NEZ hücumun hədəfi olub, çünki bu müəssisə Rusiya ordusunun ehtiyacları üçün istifadə edilən neftin emalını və yanacaq-sürtkü materiallarının istehsalını təmin edir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar