ABŞ İrana qarşı hərbi əməliyyatlara son qoymaq imkanını nəzərdən keçirir.
Bakupost.az modern.az-a istinadən xəbər verir ki, bu haqda ABŞ prezidenti Donald Tramp özünün Truth Social platformasında bildirib. Onun sözlərinə görə, ABŞ məqsədlərinə çatmağa çox yaxındır.
“İranın nüvə potensialına yaxınlaşmasının qarşısını almaq və oxşar vəziyyətlər yaranarsa, İsrail, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Küveyt və digər ölkələr də daxil olmaqla Yaxın Şərqdəki müttəfiqlərimizin ən yüksək səviyyədə müdafiəsini təmin etmək lazımdır”, - deyə Tramp yazıb.
O, həmçinin bildirib ki, Hörmüz boğazından istifadə edən ölkələr onu ABŞ-ın köməyi olmadan da müdafiə etməli olacaqlar.
“Əgər onlar istəsələr, biz Hörmüz boğazı ölkələrinə kömək edəcəyik, amma buna ehtiyac olmayacaq, çünki İrandan gələn təhlükə aradan qaldırılacaq”, - deyə ABŞ prezidenti bildirib.
ABŞ-İsrail kolasiyasının İrana qarşı hücumu fevralın 28-də başlayıb.