Ru
11:27 / 09 Yanvar 2026

Rusiyadan etiraf – “İqamətgaha edilən hücuma cavab verdik” – VİDEO

Rusiyadan etiraf – “İqamətgaha edilən hücuma cavab verdik” – VİDEO
Eye

Rusiya Müdafiə Nazirliyi Ukraynanı “Oreşnik” ballistik raketi ilə vurduğunu təsqdilədi.

Bakupost.az xəbər verir ki, nazirliyin yaydığı məlumata görə, bu addım Putinin iqamətgahının hədəf alınmasına cavab idi.

Rusiya tərəfinin açıqlamasına görə, zərbələr zamanı pilotsuz uçuş aparatları istehsal edən obyektlər, həmçinin hərbi sənaye kompleksi üçün enerji infrastrukturları hədəf alınıb. Nazirlik Ukraynanın gələcəkdə oxşar addımlarının cavabsız qalmayacağını da bəyan edib. Qeyd edək ki, Ukrayna Putinin iqamətgahına edilən hücum iddialarını yalanlamışdı. ABŞ Prezidenti Donald Tramp da bu iddialara inanmadığını bildirmişdi.



Rusiya ordu mənbələri gecə saatlarında Kiyevə 36 ballistik və qanadlı raket, 242 PUA ilə hücum edildiyini iddia edib. Ukrayna rəsmiləri isə Hava Hücumundan Müdafiə sistemlərinin 244 hədəfi vurduğunu bildirib.

Nazirliyin məlumatlarında 18 raket və 16 PUA-nın hədəfə dəydiyi qeyd olunub.



Cavid, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar