Ru
08:51 / 09 Sentyabr 2025

Rusiyadan gəlib anasını döyəni bıçaqladı - VİDEO

Rusiyadan gəlib anasını döyəni bıçaqladı - VİDEO
Eye

Mingəçevirdə 41 yaşlı kişi anasını döyən qonşusunu bıçaqlayıb.

Bakupost.az xəbər verir ki, hadisə şəhərin Nizami küçəsində baş verib. Şəhər sakini, 1984-cü il təvəllüdlü Şakir Aslanov (ad və soyad şərtidir) Rusiyaya işləməyə gedir və oradan anasına aylıq pul göndərir. Bundan xəbər tutan anasının rəfiqəsi ondan borc pul istəyir. Qadın da razılaşır və rəfiqəsinə 7 min manat borc verir. Bir müddətdən sonra qadın rəfiqəsindən borcunu tələb edəndə, onların arasında soyuqluq yaranır.

Hadisədən bir müddət sonra qadın yenidən pulunu tələb edərkən rəfiqəsi həyat yoldaşı ilə birlikdə gəlib qadını döyürlər.

Rusiyadan qayıdan Şakir Aslanov bu hadisəni eşitsə də, anası ondan sakit olmağı xahiş edir. Ş.Aslanov həyətlərindən qarpız alıb məhəllədə oturur və qarpızı kəsmək üçün anasından bıçaq alır. Daha sonra anası ondan mağazadan ərzaq almağı xahiş edir. Şakir bıçağı cibinə qoyub mağazaya tərəf gedəndə, yolda anasını döyən rəfiqəsi və onun həyat yoldaşını görür. O, anasının döyülmə səbəbini soruşarkən aralarında mübahisə başlayır. Mübahisə nəticəsində Şakir qadının həyat yoldaşını bıçaqlayır.

Hadisə yerinə polis əməkdaşları gəlirlər və faktla bağlı cinayət işi başlanır.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ş.Aslanov 6 il azadlıqdan məhrum edilib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar