Ru
18:32 / 11 Dekabr 2025

Rusiyalı alimin Polşada saxlanması özbaşınalıqdır - Peskov

Rusiyalı alimin Polşada saxlanması özbaşınalıqdır - Peskov
Eye

Ermitaj muzeyinin əməkdaşı olan rusiyalı alimin Polşada saxlanması özbaşınalıqdır.

Bakupost.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov deyib.

“Biz, təbii ki, diplomatik kanallar vasitəsilə vətəndaşımızın maraqlarını qorumaq hüququnu tələb edəcəyik", - o, qeyd edib.

Qeyd edək ki, Polşa xüsusi xidmət orqanları Krımda qazıntı işləri apardığı iddia edilən Ermitaj muzeyinin əməkdaşı, rusiyalı arxeoloq Aleksandr Butyagini Ukraynanın tələbilə saxlayıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar