Ru
15:00 / 19 Dekabr 2025

Rusiyalı-iranlı nikahının fəsadları – Ata 9 yaşlı qızını ərə vermək istəyir

Rusiyalı-iranlı nikahının fəsadları – Ata 9 yaşlı qızını ərə vermək istəyir
Eye

Sankt-Peterburq sakini 49 yaşlı Qalina son iki ildir İranda qızını atasından gizlətməyə məcbur qalıb.

Bakupost.az Rusiya mediasına istinadən xəbər verir ki, qadının sözlərinə görə keçmiş əri, İran vətəndaşı Əli maddi qazanc əldə etmək üçün azyaşlı qızı Daşanı 9 yaşında ərə vermək istəyir.

Qalina deyib ki, yeddi il əvvəl sosial şəbəkələr vasitəsilə Əli ilə tanış olub, münasibətlər qısa zamanda evliliklə nəticələnib və bir il sonra qızları dünyaya gəlib. Onun sözlərinə görə, əri mütəmadi olaraq ona qarşı fiziki zorakılıq göstərib, lakin qadın ailəni dağıtmamaq üçün buna göz yumub. Vəziyyət yalnız Əlinin cinsi meyillərinin qızına yönəldiyini hiss etdikdən sonra dəyişib. Bundan sonra Qalina hüquq-mühafizə orqanlarına müraciət edib və boşanma ərizəsi yazıb.

Buna cavab olaraq Qalinanı döyən Əli qadını xəstəxanalıq edib. Qalina müalicə aldığı zaman Əli 6 yaşlı qızı gizlicə İrana aparıb. Qalina dərhal İrana gedərək qızını geri almağa çalışsa da, Əli buna razılıq verməyib. O, açıq şəkildə Daşanı 9 yaşında ərə verəcəyini bildirib.

Qadın çıxış yolu tapmaq üçün Əlini ailəyə qayıtmaq istədiyinə inandırıb. Buna inanan kişi Rusiyadakı əmlakın satılmasını və ailənin İranda yaşamasını təklif edib. Qalina qızı ilə tək qaldığı zaman qaçmağa nail olub və hazırda ondan gizlənir.

Hazırda Qalina çıxılmaz vəziyyətdədir. İran qanunvericiliyinə əsasən, 18 yaşına çatmayan uşaq atanın razılığı olmadan ölkəni tərk edə bilməz. Qadına dəstək göstərən Hüquq müdafiəçisi İvan Melnikov məsələ ilə bağlı Rusiya və İranın Xarici İşlər nazirliklərinə rəsmi müraciətlər ünvanlayıb.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar