Ru
18:11 / 21 Aprel 2026

Rusiyanın neft ürəyinə zərbə

Rusiyanın neft ürəyinə zərbə
Eye

Samara vilayətində iri neft stansiyasında güclü yanğın baş verib.

Bakupost.az Musavat.com-a istinadən xəbər verir ki, Ukrayna mənbələri Təhlükəsizlik Xidmətinin (SBU) pilotsuz aparatlarla Rusiyanın Samara vilayətində yerləşən mühüm neft obyektinə zərbə endirdiyini iddia edir.

“Gordon” saytının mənbələrinə əsasən, hücum nəticəsində Samara vilayətinin Prosvet qəsəbəsindəki “Samara” xətti-istehsalat-dispetçer stansiyasında genişmiqyaslı yanğın baş verib.

Bildirilir ki, həmin stansiya müxtəlif yataqlardan gələn yüksək və aşağı kükürdlü neftin qarışdırılması yolu ilə Rusiyanın əsas ixrac markası olan Urals neftinin formalaşdırıldığı vacib obyektlərdən biridir.

İlkin məlumatlara görə, zərbə zamanı hər biri 20 min kubmetr tutuma malik beş xam neft rezervuarına ziyan dəyib.

Məlumatda əməliyyatın Ukrayna Təhlükəsizlik Xidmətinin xüsusi əməliyyatlar mərkəzi “Alfa” tərəfindən həyata keçirildiyi qeyd olunur.

Rusiya tərəfi isə hələlik hadisə ilə bağlı rəsmi açıqlama verməyib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar