Ru
18:50 / 03 Fevral 2026

Rusiyanın PUA hücumu – Ukraynada yaşayış binası yandı - VİDEO

Rusiyanın PUA hücumu – Ukraynada yaşayış binası yandı - VİDEO
Eye

Rusiyanın pilotsuz uçan aparatlarla (PUA) həyata keçirdiyi hava hücumları nəticəsində Ukraynanın paytaxtı Kiyevdə çoxmərtəbəli binanın yuxarı mərtəbələri və üst hissələri yanıb.

Bakupost.az “Ukrainska Pravda”ya istinadən xəbər verir ki, PUA-dan düşən qalıqların binanın yuxarı mərtəbələrinə düşməsi nəticəsində yanğın baş verib. Peçerski rayonunda yerləşən hündürmərtəbəli yaşayış binasının ən üst 3 mərtəbəsi tamamilə yanıb. Yanğınsöndürənlər və xilasedicilər ətraf ərazilərdə yaşayan sakinləri təhlükəsiz zonalara təxliyə etdikdən sonra alovu sönürməyə çalışıblar.

Rusiya tərəfindən törədilən hücum çərçivəsində PUA-lar və digər pilotsuz sistemlər Ukrayna paytaxtının müxtəlif rayonlarında yaşayış binalarına, infrastruktur obyektlərinə və ictimai binalara dəfələrlə zərbə vurub.

Rusiya tərəfi bu hücumlar barədə rəsmi açıqlama verməyib.

Yasəmən,
BakuPost



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar