Ru
14:10 / 31 Oktyabr 2025

“Rusiyaya bağlı zabitlər Paşinyana qarşı qiyam planlaşdıra bilər”

“Rusiyaya bağlı zabitlər Paşinyana qarşı qiyam planlaşdıra bilər”
Eye

“Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşlarının gecə saatlarında Eçmiədzində hərbi hissəyə basqın edərək yüksək rütbəli hərbçiləri həbs etməsinin arxasında çevriliş planlarının qarşısını almaq dayana bilər”.

Bakupost.az xəbər verir ki, bu barədə siyasi şərhçi Elxan Şahionoğlu bildirib.

Onun sözlərinə görə, radikal qüvvələr gələn ilin iyununda keçiriləcək parlament seçkilərində baş nazir Nikol Paşinyan üzərində qələbə qazanacaqlarına ümidli deyillər:

“Kreml də bunu anlayır və Paşinyanı seçki yoluyla hakimiyyətdən uzaqlaşdıra biləcək siyasətçi tapa bilmir, tapdıqlarını da baş nazir müxtəlif üsullarla nüfuzdan salır. Paşinyan radikalların bir qismini həbsdə saxlayır, digələrinə qarşı məhkəmə çəkişmələrinə üstünlük verib, kilsəni isə parçalamaq yolunda iri addımlarla irəliləyir. Ancaq bunlardan daha təhlükəlisi ordu içərisində ona qarşı qiyam planlaşdıran zabitlərdir ki, onlar Rusiya kəşfiyyatına bağlıdırlar. Görünür, növbə onlara çatıb. Paşinyan ona qarşı təxribat və ya sui-qəsd hazırlayanların planlarını parlament seçkilərini erkən tarixə təyin etməklə poza bilər. Bu Azərbaycanla sülh sazişinin imzalanmasını da sürətləndirərdi”.

Lalə,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar