Ru
10:19 / 10 Sentyabr 2019

Rüşvətə görə həbs edilən sabiq polis əməkdaşı MƏHKƏMƏ QARŞISINDA

3112

Rüşvətə görə həbs edilən sabiq polis əməkdaşı Zakir Məmmədovun şikayəti üzrə məhkəmə prosesi başlayıb.


Bakupost.az-ın məlumatına görə, Bakı Apelyasiya Məhkəməsində hakim Namiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları və apelyasiya şikayətinin dəlilləri araşdırılıb.


Məhkəmə baxışı sentyabrın 23-ə təyin edilib.


Qeyd edək ki, Z.Məmmədov Qaradağ Rayon Polis İdarəsində işləyən zaman tanışı, həmin zaman həbsdə olan Elvar Xəlilov ona zəng edib. E.Xəlilov zəng edən zaman həyat yoldaşından 4 min manat pulu götürərək onunla birgə aparıb Səbail Rayon Polis İdarəsinin sabiq müstəntiqi Vüqar Abbasova verməsini xahiş edib. Z.Məmmədov da onun xahişini yerinə yetirib.


Bir müddət keçəndən sonra V.Abbasov iş adamı, "Yeganə" şadlıq sarayının rəhbəri Akif Rəhimovun qəza törətmiş oğlu Rəhim Rəhimovun cinayət işi ilə bağlı vəzifəsindən kənarlaşdırılıb. Daha sonra o, ölkədən qaçıb.


E.Xəlilov həbsdən çıxandan sonra Z.Məmmədovdan hüquq-mühafizə orqanlarına şikayət edib.


Z.Məmmədovun barəsində dələduzluq və rüşvətə təhriketmə maddələri ilə cinayət işi başlanılıb.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Z. Məmmədov 4 il 6 ay azadlıqdan məhrum edilib və məhkəmə zalından həbs edilib.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər