13:15 / 17 Fevral 2021

Sabir Rüstəmxanlı haqqında yeni monoqrafiya - FOTO

2002
Filologiya elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının professoru Salidə Şərifovanın “Sabir Rüstəmxanlı yaradıcılığının janr müxtəlifliyi” adlı monoqrafiyası nəşr edilib.

Bakupost.az xəbər verir ki, monoqrafiyada Xalq şairi Sabir Rüstəmxanlının zəngin və əhatəli bədii və elmi yaradıcılığına yeni baxış, yeni yanaşma özünü göstərir. Həmçinin, monoqrafiyada Sabir Rüstəmxanlı əsərlərinin poetikası və janr xüsusiyyətləri, əsərlərinin janr qarışıqlığı və nəşr edilmiş kitablarının janr müxtəlifliyi, “kiçik həcmli roman”ları və s. aktual nəzəri problemlər təhlil süzgəcindən keçirilir. Bundan başqa, Sabir Rüstəmxanlının elmi tədqiqatlarının, publisistikasının, bədii yaradıcılığının janr problemləri də tədqiq edilib. Eyni zamanda, monoqrafik tədqiqatda şairin yaradıcılığında müxtəlif ideyaların tədqiqinə, ideoloji və mənəvi problemlərin açıqlanmasına da yer verilib.

Salidə Şərifova Sabir Rüstəmxanlı yaradıcılığında janr qarışıqlığının özünü müxtəlif aspektdən göstərməsinə toxunaraq, ədibin yaradıcılığında ədəbi nümunələrin iştirak etmə xüsusiyyətindən və janrlarla qarşılıqlı əlaqəsindən asılı olaraq, qarışıqlığın növlərarası, növlərdaxili və janrdaxili qarışıqlıq kimi üç formasının özünü göstərməsini diqqətlə araşdıraraq, obyektiv nəticələrə gəlir.

Monoqrafiyanın elmi məsləhətçisi AMEA-nın həqiqi üzvü İsa Həbibbəyli, rəyçisi AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu kimi elmdə sözlərinin deməyə nail ola bilmiş şəxsiyyətlərdir.

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi şurasının qərarı ilə çap olunan kitab elm adamları, ali və orta məktəb müəllimləri, ədəbiyyatşünaslar, kulturoloqlar, eləcə də Sabir Rüstəmxanlı yaradıcılığı ilə maraqlanan oxucular üçün nəzərdə tutulur.


Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər