Ru
12:36 / 08 Dekabr 2020

Sabir Rüstəmxanlıya “Yaşayan Dədə Qorqud” mükafatı verildi FOTOLAR

Sabir Rüstəmxanlıya “Yaşayan Dədə Qorqud” mükafatı verildi   FOTOLAR
Eye

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı Türk Ədəbiyyatı Vəqfinin İdarə Heyətinin qərarı ilə “Yaşayan Dədə Qorqud” mükafatına layiq görülüb.

"BakuPost" xəbər verir ki, mükafatı təqdim etmək üçün vəqfin rəhbəri Serhat Kabaklı, eləcə də iki məsul əməkdaşı, yazarlar - Bahtiyar Aslan və İmdat Avşar Bakıya gəliblər.

Türk dünyasının bu nüfuzlu mükafatı ilə yanaşı, Xalq şairinə ithaf olunmuş “Dağların Ruhu” (Sabir Rüstemhanlı ile söyleşi) adlı kitab da ona təqdim edilib. Kitabın müəllifi yazıçı Bahtiyar Aslandır.

S.Rüstəmxanlı ilə müsahibələr əsasında yazılan kitabda deputatın Türk dünyası ilə bağlı düşüncələrinə, dünyada gedən ictimai-siyasi-mədəni proseslərlə bağlı baxışlarına geniş yer verilib. Həmçinin Xalq şairinin həyat və yaradıcılığından ətraflı bəhs olunub. Kitabın sonunda S.Rüstəmxanlının fəaliyyətini əks etdirən foto albom təqdim edilib.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar