Türkiyənin "Fənərbağça" futbol klubunun prezidenti Sadəddin Saran avtomobil qəzasına düşüb.
Bakupost.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Ataşehir rayonunda baş verib.
Saranın səhhətinin qaydasında olduğu açıqlanıb.
Baş verən yol qəzasında klub prezidentinin sürücüsü yüngül xəsarət alıb.