Ru
23:23 / 20 Noyabr 2019

Samuxda qaz sızması nəticəsində partlayış oldu

 Samuxda qaz sızması nəticəsində partlayış oldu
Eye

Samuxda partlayış baş verib.

BakuPost-un
APA-ya istinadən məlumatına görə, hadisə rayonun Nəbiağalı kəndində qeydə alınıb.

Kənd sakini, 1937-ci il təvəllüdlü Səttar Xəlilovun həyətiyanı sahəsində yerləşən yardımçı tikilidə qazın sızması nəticəsində partlayış olub. Hadisə zamanı 82 yaşlı kişi yanıq xəsarətləri alıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Hadisənin baş verməsi səbəbləri araşdırılır.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar