Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan Baş nazir Nikol Paşinyanın KTMT üzvlüyün digər ölkələrdən silah alışına mane olması ilə bağlı iddiasını təkzib edib.
Bakupost.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə o, jurnalistlərə bildirib.
“KTMT-yə üzv ölkələrdən də silah almışıq, eləcə də Qərb ölkələri və Çindən. Bura digər ölkələr də daxildir. Bu, bizə mane olmayıb”, - Sərkisyan qeyd edib.
Ermənistanın keçmiş prezidenti xarici ölkələrdən alınan silahların müəyyən hissəsinin o zaman işğal altında olan Azərbaycanın Qarabağ bölgəsində yerləşdirildiyini də etiraf edib:
“2018-ci ilə (Nikol Paşinyan hakimiyyətə gələnə) qədər həmin silahlardan özünümüdafiə üçün istifadə etmirdikmi, onları Qarabağa aparmırdıqmı?”.