Ru
11:21 / 26 Aprel 2019

Sarkisyanın qızı nazirlikdəki işindən çıxarıldı

2382
 

Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın kiçik qızı Satenik Sarqsyan Səhiyyə Nazirliyində tutduğu vəzifədən azad edilib. 


O, işdən öz istəyi ilə çıxmaqla bağlı ərizə yazıb.


Bildirilib ki, S.Sarqsyan 2016-cı ildə üçüncü övladını dünyaya gətirib və analıq məzuniyyətinə çıxıb. Bu günlərdə onun məzuniyyət müddəti başa çatıb. 


Səhiyyə Nazirliyi gələcək fəaliyyəti ilə bağlı S.Sarqsyana müraciət edib. Satenik isə onlara cavab olaraq işdən azad edilməsi barədə ərizə göndərib.


Ermənistanın Səhiyyə naziri Arsen Torosyan onun ərizəsini qəbul edib və sabiq prezidentin qızının işdən çıxarılması barədə əmr imzalayıb.  


Qeyd edək ki, Serj Sarqsyanın Anuş və Satenik Sarqsyan adlı iki qızı var. (Report.az)
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər