Ru
20:00 / 25 Aprel 2022

"Bir ay boyunca hər bir oxucuya 20 manat bonus veririk" - 15 yaşlı “Qaynarinfo”nun təsisçisi

"Bir ay boyunca hər bir oxucuya 20 manat bonus veririk" - 15 yaşlı “Qaynarinfo”nun təsisçisi
Eye

"Aparıcı media orqanları kimi daha yüksək standartlarla xidmət göstərə biləcəyimizi hesab edirik. Azərbaycan oxucusu buna layiqdir”.



Bu sözləri “Qaynarinfo”nun təsisçisi və baş direktoru Zahir Əzəmət saytın 15 yaşı və yeniliklərlə bağlı Bakupost.az -a danışarkən deyib.


Z. Əzəmət bildirib ki, hazırda saytın yeni versiyasının təqdimatına kökləniblər:




“Yeni hədəfimiz rəqəmsal mediaya keçid etməkdir. Rəqəmsal media xəbərlərin, saytın, reklamların idarə olunmasında yeni texnologiyalardan istifadəyə şərait yaradır. Bu, bizə oxucuların maraqlarını ölçmək, onların nələri oxumaq istədiklərini bilmək, ona uyğun saytı formalaşdırmaq imkanı verir. Bir sıra yeni funksiyalar var. Bəzi insanlar yalnız pozitiv xəbərləri oxumaq istəyirsə, onlar üçün bu imkanlar yaradılıb. Oxucu saytın bəzi hissələrində dizaynı dəyişə bilir. Oxucunun istənilən xəbəri sayt daxilində reklam etmək, vaxtını irəli çəkmək, hətta manşet etmək imkanı var. Bunların bir qismi ödənişli funksiyalardır.

Bundan əlavə, oxucu auditoriyasına yönəlik müəyyən addımlar atmışıq. Qeydiyyatdan keçən hər bir oxucu ona özəl xəbərlər alır. O xəbərlərin bir çoxu ümumiyyətlə saytın ana səhifəsində görünmür. Oxucu onları öz profilində oxuya bilər. Müəyyən dərin yaxud premium yazılar simvolik qiymətə də olsa, ödənişli olacaq. Amma aylıq və ya illik abunəçilirimiz üçün bu xbərlər açıq olacaq. Üstəlik, abunəçilər həm də saytı "sıfır reklam" modunda izləyəcək. Ümumiyyətlə, saytda maraqlı yeniliklər çoxdur. Çox istəyirik ki, hər bir oxucu özü bu imkanları kəşf edib, bəhrələnmək vərdişlərinə yiyələnsin. Buna görə də 1 ay boyunca qeydiyyatdan keçən hər bir oxucuya 20 manat bonus veririk. Onlar bu məbləğlə istəsələr bir neçə aylıq abunə ola və ya sayt daxili başqa funksiyalardan yararlana bilərlər”.





Z. Əzəmət “Qaynarinfo”nun 15 il ərzində keçdiyi yol haqqında danışıb:

“15 il əvvəl qəzetlərin bol olduğu vaxtlar idi. Demək olar ki, bir neçə agentlik və qəzetlərdən başqa azərbaycandilli xəbər saytları yox dərəcəsində idi. Sonrakı illərdə də bir neçəsi rəqabətə davam gətirə bilmədi. Bir çox yeni saytlar yarandı. Bu 15 ildə rəqabətə davam gətirə bildik. Böyüdük, formalaşdıq və həmişə çalışdıq ki, oxucuya faydalı olaq, IP yarışlarına girməyək. Məişət zorakılığı, intihar, kriminal və başqa IP gətirə biləcək xəbərləri dərc etməkdən imtina etmişik. Bununla belə, 10 minlərlə oxucu ilə spesifik auditoriyamızı formalaşdırmışıq. İndi bu mərhələnin yekunlaşdığını hesab edirəm. Artıq daha riskli və yeni mərhələyə qədəm qoyuruq. Azərbaycan oxucusunun bunu bəyənib dəstəkləyəcəyinə inanırıq. Dünyanın aparıcı media orqanları kimi daha yüksək standartlarla xidmət göstərə biləcəyimizi hesab edirik. Azərbaycan oxucusu buna layiqdir”.

BakuPost kollektivi adından Qaynarinfo-nu təbrik edir, işlərində uğurlar arzu edirik! Yeni yaşınız mübarək!

Fəridə
Baku Post


Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar