Ru
12:24 / 30 Yanvar 2023

Şəhid Orxanla Talıbov tələbə yoldaşı olub - Maraqlı fakt

Şəhid Orxanla Talıbov tələbə yoldaşı olub - Maraqlı fakt
Eye

Azərbaycanın Tehrandakı səfirliyinə hücum zamanı şəhid olan Orxan Əsgərovun yas mərasimində Naxçıvan MR-in keçmiş sədri Vasif Talıbovun oğlu Rza Talıbovun da iştirak etməsi ictimaiyyətdə maraq doğurub.

Bakupost.az Globalinfo.az-a istinadən xəbər verir ki, onlar tələbə yoldaşı olublar.

Belə ki, həm Rza Talıbov, həm də Orxan Əsgərov 1999-2003-cü illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsində bakalavr təhsili alıblar.

Onları tanıyan şəxslər də tələbə yoldaşı olduqlarını bildiriblər.

Qeyd edək ki, ötən gün Orxan Əsgərovun Yeni Yasamal qəsəbəsində təşkil olunan yas mərasimində deputatlar, hökumət nümayəndələri də iştirak edib. Onların arasında Naxçıvan MR-in keçmiş sədri Vasif Talıbovun oğlu Rza Talıbov da olub.


Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar