Ru
22:13 / 27 Yanvar 2021

““Şəhidlər" kitabı böyük bir ensiklopediya kimi nəşr olunacaq” - Şahbaz Xuduoğlu

2248
Vətən müharibəsi və onun əhəmiyyəti, habelə bu müharibədə böyük igidliklərə, fədakarlıqlara imza atan qəhrəmanlarımızın təbliği, onların cəmiyyətə tanıdılması qarşıdakı mühüm vəzifələrdən biridir. Hansı ki, bu məsələdə böyük maarifləndirici rola malik kitabların nəşri mühüm əhəmiyyət kəsb edir. Bəs hər zaman qəhrəmnanlarımızla bağlı məsələləri diqqətdə saxlayan, onların təbliğinə xüsusi diqqət yetirən “Qanun” nəşrlər evi yaxın gələcəkdə Vətən Müharibəsi ilə bağlı hansısa kitabın nəşrinə hazırlaşırmı?

"BakuPost" bildirir ki, moderator.az-a açıqlama verən “Qanun” nəşrlər evinin direktoru Şahbaz Xuduoğlu “Şəhidlər” kitabının nəşrinə hazırlıq getdiyini bildirib:

“Biz bu vaxta qədər İlqar Mirzəyev və Polad Həşimovla bağlı nəşriyyat hesabına kitablar nəşr etmişik, onları pulsuz paylamışıq. Eyni zamanda, “Şəhidlər” kitabı çapa hazırlanır. Kitabda Vətən Müharibəsində şəhid olan bütün əsgərlər haqqında məlumatlar toplanır. Orada hər bir şəhid haqqında məlumat tapmaq mümkün olacaq. “Şəhidlər” kitabı böyük bir ensiklopediya kimi nəşr olunacaq. Hazırda bu kitab üzərində işləyirik. Yəqin ki, bu il ərzində onun nəşrinə nail olacağıq”.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər