Ru
01:40 / 28 Sentyabr 2019

Səhiyyə Nazirliyindən İTV-dəki yanğınla bağlı açıqlama - İki nəfər zəhərləndi

3437

İctimai televiziyaya tüstülənməyə görə saat 00:19-da Təcili Tibbi Yardıma çağırış olub.

Səhiyyə Nazirliyindən BakuPost-a verilən məlumata görə, hadisə yerinə bir neçə briqada çıxıb. İki nəfər (kişi) müraciət edib.

Birinə yerində yardım göstərilib, digəri isə tüstüdən boğulma diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.

***

Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsindən “Report”a verilən məlumata görə, yanğın zamanı 1974-cü il təvəllüdlü Qarayev Rövşən Yasin oğlu və 1979-cu il təvəllüdlü Quliyev Ramiz Tağı oğlu tüstüdən zəhərlənib.

Onlara kəskin inhalasyon zəhərlənmə diqanozu qoyulub.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər