Səhiyyə və elm xərclərində artımların nəzərdə tutulmasına baxmayaraq bu xərclərin ÜDM-də payı aşağı olaraq qalmaqdadır.
Bakupost.az xəbər verir ki,
bunu millət vəkili Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, qeyd edək ki, səhiyyə xərclərinin ÜDM-də payı Rusiyada 5.6 faiz, Türkiyədə 4.3 faizdir. Ölkəmizdə bu rəqəm 2.1 faizdir. Gələn il elm xərclərinin ÜDM-də xüsusi çəkisi cəmi 0.2 faiz proqnozlaşdırılır. 2021-ci il müqayisədə 10.6 faiz artsa da belə elm xərcləri makro-iqtisadi göstəricilərdə marjinal paya malikdir:
“Məlumat üçün bildirim ki, elm xərclərinin ÜDM-də payı Rusiyada 1.0, Türkiyədə 1.1 faiz, dünya üzrə ortalama 2.2 faizdir. Bu isə o deməkdir ki, sözügedən iki xərcin ÜDM-də çəkisinin artırılması və beynəlxalq ortalama standartlarına çatdırılması üçün maliyyələşmənin genişləndirilməsi məqsədə uyğun olardı”.
Sevinc
BakuPost