Ru
09:34 / 25 Yanvar 2018

Selfi çəkən bloqqer qatarın altında qaldı - Dəhşətli VİDEO

Selfi çəkən bloqqer qatarın altında qaldı -  Dəhşətli VİDEO
Eye

Hindistanda dəmiryolu fonunda esktrimal selfi çəkdirmək fikri Heydərabad şəhərinin sakininə baha başa gəlib. Bloqeri qatarın vurduğu anın görüntüsü "Youtube” videoportalına yerləşdirilib.  



Gənc ekstrim həvəskarı lokomotiv və vaqonlar fonunda maraqlı foto və ya videoçarx çəkməyə çalışıb, ancaq relslərə çox yaxınlaşıb. Hadisənin görüntüsündə dostlarının onu fikrindən daşındırmağa çalışdığını görmək olur, ancaq o, məsafənin təhlükəsiz olduğunu, hər şeyi düzgün hesabladığını deyib.



Xəsarət alan gəncə qısa zamanda tibbi yardım göstərilib. Həkimlər onun vəziyyətinin sabit olduğunu bildirir.



"YouTube”dakı videonun şərhlərində bəzi istifadəçilər bloqerin bu hərəkətini qınadığını və onun payını aldığını bildirib. Ancaq çoxları bloqerin toqquşmadan sonra sağ qalmasına heyrətlənib.




Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar