Ru
10:30 / 14 May 2025

Baş nazir bu şəxslərlə başlı qərar İMZALADI

Baş nazir bu şəxslərlə başlı qərar İMZALADI
Eye

Qeyri-rezident fiziki şəxslərin akkreditasiyadan keçirilməsi qaydası və həmin şəxslərə dair tələblər təsdiqlənib.

Bakupost.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.

Qeyri-rezident Azərbaycan Respublikasının ərazisində daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istisna olmaqla, xarici ölkədə qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq hüququ olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərdir.

Ali təhsilə və 3 (üç) ildən az olmayan ümumi iş stajına malik xarici ölkədə qiymətləndirmə fəaliyyəti ilə məşğul olan qeyri-rezident fiziki şəxslər Azərbaycan Respublikasının ərazisində qiymətləndirmə fəaliyyəti ilə məşğul ola bilərlər.
Qəsdən ağır və xüsusilə ağır cinayət, habelə xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olmayaraq korrupsiya cinayəti və qulluq mənafeyi əleyhinə olan digər cinayət, həmçinin iqtisadi sahədə cinayət törətməyə görə məhkumluğu ödənilməmiş və ya götürülməmiş, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarı olan qeyri-rezident fiziki şəxslər qiymətləndirici ola bilməzlər.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar