Ru
15:18 / 20 May 2026

Senatdan Trampa qadağa: İran müharibəsi bitdi?

Senatdan Trampa qadağa: İran müharibəsi bitdi?
Eye

ABŞ Senatı çoxdan gözlənilən addımı atdı.
Belə ki, Senat Prezident Donald Trampın hərbi səlahiyyətlərini məhdudlaşdıran qanun layihəsini təsdiqləyib.

Qeyd edək ki, qanun layihəsi İranla bağlı mümkün hərbi əməliyyatların Konqresin təsdiqi olmadan həyata keçirilməsinin qarşısını almağı nəzərdə tutur.

Sənədi 50 senator dəstəkləyib, 47 senator isə əleyhinə səs verib.

Senatın sözügedən qərarı ilk baxışda Trampın İranla bağlı əl-qolunun artıq bağlanması anlamına gəlir.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Bakupost.az-a bildirib ki, Senatın qərarının Trampı dayandıracağına inanmır:

“Tramp müharibəni milli təhlükəsizlik məsələsi kimi qiymətləndirərək, Senatın qərarına əhəmiyyət vermədən növbəti dəfə İrana zərbə endirə bilər. Amma indiki şəraitdə İrana zərbə endirilməsinin məntiqini anlamıram. 6 ay ərzində iki dəfə müharibə oldu. Amma ABŞ istədiyi nəticəni əldə etmədi. İran rejimi çökməyərək, yerində qalır. Baxmayaraq ki, İranın hərbi obyektləri kifayət qədər güclü zərbələrə məruz qalıb. Belədə, üçüncü həmlə olanda rejimin çökəcəyinə kim zəmanət verə bilər?”
Bütün bunlara əsasən həmsöhbətimiz Konqresin verdiyi qərarın Trampın imkanlarını məhdudlaşdıracağını da düşünmür:
“Tramp Konqresin hər hansı bir qərarı ilə siyasətini korrektə edəcək prezidentlərdən deyil”.

Rüfət Sultan, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar