Ru
10:39 / 23 Mart 2026

SEPAH komandanı Azərbaycanla sərhədə gəldi

SEPAH komandanı Azərbaycanla sərhədə gəldi
Eye

Xatəm əl-Ənbiya” Mərkəzi Qərargahı komandirinin müavini Keyumərs Heydəri İranın qərb və şimal-qərb sərhədlərinə yoxlama səfəri edib.


Bakupost.az Unikal-a istinadən xəbər verir ki, səfər zamanı o, bölmələrin hazırlıq səviyyəsini və sərhəd bölgələrindəki vəziyyəti qiymətləndirib.

Onun sözlərinə görə, quru qoşunları bölmələri maksimum döyüş və mənəvi-psixoloji hazırlıq vəziyyətindədir və istənilən təhlükəyə dərhal reaksiya verməyə qadirdir.

Heydəri sərhəd pozucularının istənilən hərəkətinə və mümkün müdaxilələrə qarşı təhdid səviyyəsindən asılı olmayaraq sürətli və sarsıdıcı cavab veriləcəyini vurğulayıb.

Qeyd edək ki, İran qərbdən İraq, şimal-qərbdən isə Türkiyə, Ermənistan və Azərbaycanla həmsərhəddir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar