Ru
23:35 / 13 Avqust 2026

Səudiyyə Ərəbistanında neftayırma zavoduna PUA HÜCUMU

Səudiyyə Ərəbistanında neftayırma zavoduna  PUA HÜCUMU
Eye

Yəmənin "Ənsar Allah" hərəkatından olan üsyançı husilər Səudiyyə Ərəbistanının dövlət şirkəti "Saudi Aramco"nun Cizan şəhərindəki neftayırma zavoduna iki pilotsuz uçuş aparatı (PUA) ilə zərbə endirdiklərini bildiriblər.

"Bakupost" xəbər verir ki, bu barədə qiyamçıların nəzarətində olan SABA informasiya agentliyi məlumat yayıb.

"Yəmən Silahlı Qüvvələri (husilər nəzərdə tutulur - red.) iki pilotsuz uçuş aparatının köməyi ilə Cizan rayonunda "Aramco" şirkətinin neftayırma zavoduna hücum edə biliblər. Hədəfə dəqiq zərbə endirilib", - deyə məlumatda vurğulanır.


Mənbənin iddiasına görə, bu hücum Səudiyyə Ərəbistanının "Yəmənin hava məkanını və suverenliyini pozmasına" cavab olub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar