Ru
23:47 / 13 Avqust 2026

Qurban Qurbanovdan qələbə şərhi

Qurban Qurbanovdan qələbə şərhi
Eye

Futbolçuları təbrik edirəm. Çox gərgin oyun keçdi. Bəzi dəqiqələri çıxmaq şərtilə futbolçular oyununun içində oldular. Stadionda əla atmosfer var idi.

"Bakupost" xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Bakıda Ukraynanın “Dinamo” (Kiyev) komandasına 2-0 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

"Dinamo Kiyev" kimi komandaya qarşı oynamaq və qalib gəlmək gözəl hissdir. Bilirəm ki, Azərbaycanda bu klubun azarkeşləri çoxdur. Biz özümüz də uşaq vaxtı Kiyev təmsilçisinə azarkeşlik edirdik. İlk oyundan fərqli olaraq, topla yaxşı oynayırdıq, rəqibi topsuz qoyurduq. Mən tərəfindən dəyişikliklər oldu. Desəm ki, oyundan tam razı idim, yalan olar. Lakin hər oyunun öz önəmi var. Qələbə hər zaman fərqli hisslər yaradır", - deyə çalışdırıcı qeyd edib.

Baş məşqçi bu matçda ehtiyatda qalan qapıçı Mateuş Koxalski haqqında da danışıb: "Bəzən futbolçulara istirahət vermək lazımdır. Onun performansından razıyıq. Koxalski haqqında ayrılacağı ilə bağlı yayılan xəbərlər doğru deyil. Martin Zlomisliçdən də razıyam. Təcrübəli qapıçıdır. Dünya çempionatında meydana çıxmasa belə, həmin ab-havanı görüb".

Mütəxəssis pley-off mərhələsindəki rəqibləri olan Niderlandın "Tvente" klubu barədə də danışıb:

"Onların Slovakiya təmsilçisi ilə ilk matçlarına baxmışam. Qolları əsl Niderland futboluna uyğun vururdular. Yadınızdadırsa, biz ilk dəfə bu rəqibi üstələyərək Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmışdıq".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar