Somali quldurları Hind okeanında İranın balıqçı gəmisini ələ keçiriblər.
"Bakupost" xəbər verir ki, bu barədə Hind okeanı Dəniz Təhlükəsizliyi Mərkəzinin (MSCIO) məlumat yayıb.
Bildirilib ki, gəmi Somalinin şimal-şərq sahillərinə yaxın sularda ələ keçirilib. Gəmidə 21 iranlı balıqçı və iki somalili mühafizəçi olmaqla, ümumilikdə 23 nəfər olub.
Ekipaj üzvlərinin vəziyyəti barədə heç bir məlumat əldə edilməyib.
Yasəmən, BakuPost