Ru
12:04 / 02 Noyabr 2026

Nizami Kino Mərkəzinin divarına qraffiti çəkən barədə qərar

Nizami Kino Mərkəzinin divarına qraffiti çəkən barədə qərar
Eye

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən Belarus vətəndaşı Ərdəşir Seyfpur Saad Abadinin (Ardeshir Seyfpour Saad Abadi) həbs müddəti uzadılıb.

"Bakupost" APA-ya istinadla xəbər verir ki, bununla bağlı Nəsimi Rayon Məhkəməsinə təqdimat daxil olub.

Məhkəmə istintaq orqanının təqdimatı təmin olunub, Ərdəşir Seyfpur barəsində seçilmiş həbs qətimkan tədbiri 20 gün müddətinə uzadılıb.

Qeyd edək ki, aprelin 1-dən 2-nə keçən gecə Bakı şəhəri, Bülbül prospekti 20 ünvanında yerləşən ölkə əhəmiyyətli memarlıq abidəsi (123 inventar nömrəli) olan Nizami Kino Mərkəzinin binası naməlum şəxs və ya şəxslər tərəfindən müdaxiləyə məruz qalıb. Həmin şəxslər binanın fasadına boya vasitəsilə cızma-qara edib, müxtəlif söz və ifadələr yazıblar. Əməli törədən şəxslərin 2009-cu ildə Bakıda anadan olmuş, “Landau School”un 11-ci sinif şagirdi Bərxudayeva Münəvvər Taleh qızı, 2010-cu ildə Bakıda anadan olmuş, “Landau School”un 10-cu sinif şagirdi Muradi Layla Samir qızı, 2010-cu ildə Bakıda anadan olmuş, 10 nömrəli məktəbin 9-cu sinif şagirdi Qaraşlı Şəfiqə Farid qızı və 2006-cı ildə İranda anadan olmuş, 01.09.2024-cü ildən Azərbaycanda yaşayan Belarus vətəndaşı, ADA Universitetinin II kurs tələbəsi Ərdəşir Seyfpur Saad Abadi olduğu müəyyənləşib.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar