Ru
12:22 / 02 Noyabr 2026

Keçən il 3 manat idi - Qiyməti kəskin düşdü

Keçən il 3 manat idi - Qiyməti kəskin düşdü
Eye

Göyçayda narın qiyməti ucuz olsa da alıcısı yoxdur.


"Bakupost" Milli.az xəbər verir ki, ağacdakı narların çölü özgəni, içi fermerləri yandırır. Məhsullar elə ağacdan çürük və xarab çıxır. Fermerlər bildiriblər ki, məhsula nə qədər dərman vursalar da narlar yenə də paralanır:

"Bu il gözlədiyimiz məhsulu yığa bilmədik. Məhsullarımız paralanıb. Məhsulun azlıq səbəbi həm yağıntıların çox olması, həm də xəstəliklə bağlı olduğunu düşünürük".

Məsələ ilə bağlı aqronom Allahverdi Mustafayev qeyd edib ki, yağıntılı hava narda da xəstəliklərin yayılması üçün əlverişli şərait yaradır. Narın meyvəsinin qabığının böyüməsi içərisindəki gilənin inkişafı uyğun gəlmir. Zədələnmiş qabıqdan sonra məhsul çürüməyə başlayır.

Aqronom deyib ki, əsas olan dərmanlamaq yox, dərmanlamanı düzgün vaxtda eləmək lazımdır.

Dərman çiləməklə məhsul qorunmur. Onu hansı miqdarda, hansı vaxtda, necə istifadə olunması çox önəmlidir.

Bəs bazarda məhsul neçəyədir?

Fermerlər hazırda məhsulu 80 qəpiyə satdıqlarını bildiriblər.

Elə satıcılar da alıcı qıtlığından gileylənirlər.

Qeyd edək ki, nar keçən il 2-3 manata satılırdısa, bu il 80 qəpik - 1.50 manat arası alıcılara təklif olunur.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar