Ru
11:27 / 02 Noyabr 2026

ABŞ Avropanı müdafiəsiz qoya bilər: Trampın Ukrayna planı ortaya çıxdı

ABŞ Avropanı müdafiəsiz qoya bilər:  Trampın Ukrayna planı ortaya çıxdı
Eye

Donald Tramp Avropa ölkələrini Ukraynadakı müharibənin nizamlanması ilə bağlı Vaşinqtonun planını dəstəkləməyə məcbur etmək üçün ABŞ hərbi qüvvələrinin Avropadakı sayını azaltmaqla hədələyə bilər.

"Bakupost" xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.

NATO rəsmiləri hesab edirlər ki, Respublikaçıların Konqres seçkilərində mümkün məğlubiyyəti belə Tramp administrasiyasının Avropaya təzyiqlərini azaltmaya bilər. Əksinə, Demokratların prezidentin daxili siyasətlə bağlı təşəbbüslərinin qarşısını alması Trampın diqqətini xarici siyasətə yönəltməsinə və Avropa müttəfiqlərindən əlavə güzəştlər tələb etməsinə səbəb ola bilər.

Məlumata görə, Pentaqon dekabr ayına qədər ABŞ hərbi qüvvələrinin Avropada yerləşdirilməsi məsələsinə yenidən baxışı başa çatdırmalıdır. Tramp isə bu proses çərçivəsində NATO-nun ümumi büdcəsinə ABŞ-nin ayırdığı vəsaiti ixtisar etmək, eləcə də müttəfiqlərin Ukrayna üçün Amerika silahları almasına imkan verən PURL proqramını məhdudlaşdırmaq imkanlarından istifadə edə bilər.

Nəşrin yazdığına görə, Vaşinqton ABŞ qoşunlarının Avropada yerləşdirilməsi məsələsini də siyasi təzyiq vasitəsinə çevirə bilər. NATO-nun keçmiş sözçüsü Oana Lunqesku ehtimal edir ki, Tramp Avropa ölkələrindən Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı Amerikanın planını dəstəkləməyi tələb edə bilər.

“Bütün bu məsələlərin - ABŞ qoşunlarının Avropada yerləşdirilməsi, Ukrayna məsələsi və Avropanın təhlükəsizlik qaydasına yenidən baxlmasının hansısa şəkildə Putinlə daha böyük bir sövdələşmənin tərkib hissəsinə çevrilməsi riski var”, - deyə Lunqesku bildirib.

Yasəmən, BakuPost



Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar