Ru
23:03 / 13 Avqust 2026

Dövlət sirrini yaymaqda ittiham olunan erməni polkovnikin barəsində QƏRAR

Dövlət sirrini yaymaqda ittiham olunan erməni polkovnikin barəsində QƏRAR
Eye

Qondarma “Dağlıq Qarabağ ordusu”nda hərbi hissələrindən birinin keçmiş komandir müavini olmuş polkovnik Edik Maloyanın barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib. O, ev dustaqlığına buraxılıb.

"Bakupost" Teleqraf-a istinadla xəbər verir ki, Eduk Maloyana qarşı Ermənistan Cinayət Məcəlləsinin 426-cı maddəsinin 1-ci hissəsi (dövlət sirri təşkil edən məlumatlara qanunsuz şəkildə çıxış əldə etmiş şəxs tərəfindən həmin məlumatların açıqlanması), həmçinin 46-427-ci maddəsinin 1-ci hissəsi (dövlət sirri təşkil edən məlumatların açıqlanmasına təhrik etmə) ilə ictimai cinayət təqibi başlanıb.

Erməni KİV-lərinin məlumatına görə, Edik Maloyan eyni zamanda müxcalif “Güclü Ermənistan” Partiyasının tərəfdarıdır.

Edik Maloyan uzun illər Qarabağda Xocavənd rayonu istiqamətində Azərbaycana qarşı döyüşən hərbi hissədə xidmət edib. 2020-ci ildən sonra qondarma "Dağlıq Qarabağ" rejimində "milli təhlükəsizlik xidməti"ndə xüsusi təyinatlı "idarə" yaradıldıqda, həmin qurumun rəis müavini təyin olunub.

O, 2016-cı ilin aprel döyüşlərində, 44 günlük müharibədə və 2023-cü ildəki antiterror əməliyyatlarında Azərbaycana qarşı döyüşüb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar