Ukrayna Rusiyaya Qara dənizdə kommersiya gəmilərinə hücumların qarşılıqlı dayandırılmasını təklif edib.
"Bakupost" xəbər verir ki, bu barədə Ukrayna mətbuatında məlumat yayılıb.
Belə ki, təklifin Türkiyənin vasitəçiliyi ilə Rusiyaya edildiyi bildirilib. Rusiyanın rəsmi dairələri isə hər hansı təklif almadıqlarını bəyan ediblər.