12:57 / 04 Dekabr 2025
Sevda Məmmədəliyeva Prezidentə təşəkkür etdi
169
Yusif Məmmədəliyevin ailəsi akademikin xatirəsinə olan ehtirama görə Prezident İlham Əliyevə təşəkkür edib.
Bakupost.a "Report"a istinadən xəbər verir ki, bu barədə akademikin qızı Sevda Məmmədəliyeva dekabrın 4-də Bakıda keçirilən Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunmuş "Yusif Məmmədəliyev: Elm. irs. innovasiyalar" adlı beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, akademikin həyat yolu onu tanıyanlar üçün sadəcə elmi yox, həm də vətənə bağlılıq, xidmət yoludur:
"Bu gün yüzlərlə şəxsin Yusif Məmmədəliyevin davamçısı olması bunun bariz nümunəsidir. Akademikin xatirəsinə göstərilən böyük ehtirama görə alimin ailəsi adından Prezident İlham Əliyevə təşəkkür edirəm".