Ru
12:07 / 17 Avqust 2026

“Shein” geyimlərinin etiketlərində uyğurlardan şok mesaj: “Yardım edin” - FOTO

“Shein” geyimlərinin etiketlərində uyğurlardan şok mesaj:  “Yardım edin” - FOTO
Eye

Çinin moda brendi “Shein”in məhsullarının etiketlərindəki çağırış müzakirə mövzusuna çevrilib.

“Bakupost” xəbər verir ki, X sosial şəbəkəsində yayılan bəzi fotolarda geyimlərin etiketlərində “Need your help” (“Yardımınıza ehtiyacımız var”) və buna bənzər ifadələrin yazıldığı görünür.

Paylaşımlarda bu mesajların aralarında uyğurların da olduğu və məcburi əməyə məruz qaldığı iddia edilən işçilər tərəfindən gizli şəkildə yazıldığı irəli sürülür.

Sosial mediada yayılan iddialara görə, fabriklərdə məcburi işlədilən uyğurlar “Yardımınıza ehtiyacımız var. Gündə 15 saat işləyirik. Donuzlar və itlərlə eyni yeməyi yeyirik” sözləri ilə dünyadan yardım istəyiblər.

Gülsüm Baxşəliyeva,
BakuPost



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar