Ru
22:06 / 29 Sentyabr 2020

SOCAR: “Neft-qaz infrastrukturunun təhlükəsizliyi təmin edilir”

SOCAR:   “Neft-qaz infrastrukturunun təhlükəsizliyi təmin edilir”
Eye

Azərbaycan Dövlət Neft Şirkəti – SOCAR bəyan edib ki, Azərbaycan Ordusunun tədbirləri sayəsində ölkənin neft-qaz infrastrukturunun təhlükəsizliyi təmin edilir. Söhbət Azərbaycan Silahlı Qüvvələrinin Dağlıq Qarabağ regionunda apardığı hərbi əməliyyatlardan gedir.

Ermənistanla Azərbaycan arasında 1990-cı illərin əvvələrindən bəri ən şiddətli hərbi qarşıdurma artıq 3 gündür ki davam edir. Mülki şəxslər arasında itkilər artır. Doğrudur, döyüşlər əsas enerji infrastrukturunun keçdiyi ərazinin yaxınlığında aparılmır. İstənilən halda, SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov “Reuters”ə deyib ki, ölkənin neft-qaz hasilatı və ixracı əməliyyatları adi rejimdə davam edir.

Nəhəng neft şirkəti olan BP də Azərbaycanda həyata keçirilən layihələrlə bağlı biznes əməliyyatlarının adi rejimdə davam etdiyini bildirib.

Ekspertlər hesab edir ki, Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ regionunda hərbi qarşıdurma enerji resurslarının tədarükünə təsir göstərməyib. Amma münaqişənin daha da gərginləşəcəyi təqdirdə neft-qaz ixracında problem yarana bilər.

Azərbaycan neftinin nəql edildiyi əsas marşrut Bakı-Tbilisi-Ceyhan kəməridir. Ölkə neftinin təxminən 80%-i Gürcüstandan keçən, Türkiyənin Aralıq dənizi sahilinə qədər uzanan bu kəmər vasitəsilə nəql olunur.

Bakı-Tbilisi-Ceyhan kəmərilə gündəlik 1,2 milyon barel neft ixrac edilir. Bu, dünya üzrə neft tədarükünün təxminən 1%-i qədərdir.

BP-nin başçılıq etdiyi beynəlxalq konsorsium isə Azərbaycanın nəhəng “Şahdəniz” yatağında hasilat işləri aparır. Bu ilin sonundan Azərbaycandan Avropaya qaz nəqlinə başlanacağı gözlənilir.

Müəlliflər: Maksim Rodionov, Nailə Bağırova
WorldMedia.Az

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar