Ru
21:23 / 19 Fevral 2020

Sofi Loren yenidən səhnədə - "Netflix"də nümayiş olunacaq

1973
Uzun fasilədən sonra yenidən böyük ekranlara qayıdan 85 yaşlı Sofi Lorenin baş rolda çəkildiyi “Həyat qabaqdadır” adlı film “Netflix” platformunda nümayiş olunacaq.

Məşhur aktrisanın oğlu Eduardo Ponti tərəfindən quruluş verilən film yəhudiəsilli fransız yazıçı, rejissor, diplomat Romen Aqarinin eyniadlı əsərinin motivləri əsasında çəkilib.


Filmin süjetinə görə, Sofi Lorenin qəhrəmanı madam Roza Xolokostdan sağ çıxaraq uşaq sığınacağında tərbiyəçi işləyir. Bir gün həmin sığınacağa 12 yaşlı seneqallı Momo gəlir və filmin yaradıcılarının təbirincə desək, həmin gündən iki tənha insan bir-birinə arxa durur.


Nümayişə nə vaxt çıxacağı hələlik bilinməyən filmin əvvəlcə beynəlxalq festivalda təqdim olunacağı istisna edilmir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər