Ru
15:20 / 15 Fevral 2020

“Həmin görüntülər ciddi şəkildə araşdırılır” - MSK sədri

3018
"Bütün dairələrdən daxil olan müraciətlərə qanunun tələbinə uyğun olaraq baxılacaq. Bundan heç kim narahat olmasın".

"BakuPost" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib

Onun sözlərinə görə, sosial şəbəkələrdə yayılan görüntülər ciddi şəkildə araşdırılır:

"Ehtimal ki, bu gün DSK-lara göndərilən müraciətlərin 80 faizi bizə geri qayıdacaq. Biz onları ciddi şəkildə araşdıracağıq. Şikayətlərlə əlaqədar müəyyən müddət gözləməliyik. Qanunun tələbi olmasaydı, bu gün daxil olan müraciətlərə 3 gün ərzində baxıb, qərar qəbul edə bilərdik", - deyə MSK sədri bildirib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər