Ru
13:10 / 28 Avqust 2025

“Sülh əldə olunub, lakin hələ də bəzi suallar qalır” - Paşinyan

“Sülh əldə olunub, lakin hələ də bəzi suallar qalır” - Paşinyan
Eye

Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanla Azərbaycan arasında sülhün artıq təmin edildiyini bildirib.

Bakupost.az xəbər verir ki, o, avqustun 28-də hökumət iclasından sonra jurnalistlərin suallarını cavablandırarkən bu barədə danışıb.

Paşinyan vurğulayıb ki, Azərbaycan Prezidenti də son müsahibəsində iki ölkə arasında sülhün möhkəmlənməsinə toxunub:

“Biz deyirik ki, sülh artıq bərqərar olub, lakin bu, bütün məsələlərin tam həll edildiyi demək deyil. Hətta dost ölkələr arasında da münasibətlərdə müəyyən suallar və mübahisələr ola bilər. Dövlətlərarası əlaqələr daim dəyişən və inkişaf edən bir prosesdir. Razılaşmalar da, fikir ayrılıqları da bu prosesin tərkib hissəsidir, amma ümumi mənzərəni dəyişmir.”

Baş nazir bildirib ki, avqustun 18-də xalqa müraciətində sülhün qorunmasının vacibliyini xüsusi qeyd edib:

“Sülh artıq əldə olunub, indi əsas məsələ onun institusional şəkildə möhkəmləndirilməsidir. Mənim əvvəlki bəyanatımdan bu günə qədər heç bir dəyişiklik baş verməyib və düşünürəm ki, dəyişməyəcək də”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar