Ru
13:40 / 11 Sentyabr 2026

Formula 1 Qran Prisi ölkəmizə nə verdi? - İtirdiklərimiz və qazandıqlarımız

Formula 1 Qran Prisi ölkəmizə nə verdi? - İtirdiklərimiz və qazandıqlarımız
Eye

Bu il Bakı Formula 1 Qran Prisinə onuncu dəfə ev sahibliyi edəcək. Yarış 24-26 sentyabrda keçiriləcək.

Qeyd edək ki, son on ildə yarış təkcə ölkənin əsas beynəlxalq idman tədbirlərindən biri deyil, həm də təsiri trekdən və yarış həftəsonundan daha çox şeyi əhatə edən bir layihəyə çevrilib. Amma bu idman tədbirilə bağlı ölkədə fikirlər heç də birmənalı deyil.
Görəsən, bu 10 ildə sözügedən Qran Pri yarışı ölkəmizə nə verdi? Ötən müddətdə onun nə kimi müsbət və mənfi tərəfləri özünü göstərdi?

ReAL Partiyasının sədri, iqtisadçı ekspert Natiq Cəfərli “Bakupost”a bildirib ki, Formula 1 dünyada ən çox izlənən idman yarışlarından biridir:


“Onun hardasa 500 milyon tele-auditoriyası var və bu göstəriciyə görə idman növləri arasında ilk beşliyə daxildir”.

Ekspert qeyd edir ki, bu tip yarışlar Azərbaycanın tanınmasında mühüm rola malikdir:

“Belə bir yarışın Bakının mərkəzində keçirilməsi, şəhərin mənzərəsinin göstərilməsi Azərbaycan və Bakının təqdimatında ciddi rol oynayıb. Yəni ölkəmizin tanıtımı nöqteyi-nəzərdən tədbirin müsbət təsirləri olub”.

Müsahibimizin sözlərinə görə, tədbir turistik buma da səbəb olmalı idi, lakin təəssüf ki, bu baş vermədi:

“Quru sərhədlərin bağlı olması, turizmlə bağlı bəzi problemlərin yaşanması həmin bumu yaşatmağa imkan vermədi”.
Partiya sədrinin fikrincə, yarışın yaratdığı digər neqativ tərəf isə yarış ərəfəsi və onun keçirildiyi müddətdə, yəni bir neçə həftə ərzində insanların gedişinə yaradılan maneələrdir:

“Həmçinin, proses trasboyu fəaliyyət göstərən kiçik sahibkarlara da müəyyən problemlər yaşadır. Onların müştərisi azalır. Habelə, ərazidəki dükan və kafelərin də dövriyyəsinə mənfi təsir göstərir.

Amma ümumilikdə yarış ölkənin tanıdılması üçün mühüm əhəmiyyət daşıyır. İndi həmin tanıtımı kapitallaşdırmalıyıq və o turizm bumuna səbəb olmalıdır”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar